Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyevin 100-cü ildönümü münasibətilə musiqili tədbir keçirilmişdir

29 noyabr 2023 | 16:56

28 noyabr 2023-cü il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində Bakı  Şəhər  Mədəniyyət  Baş  İdarəsinin  28 nömrəli  Uşaq  Musiqi  Məktəbinin hazırladığı Ümummilli  Lider  Heydər  Əliyevin  anadan  olmasının  100  illiyinə  həsr  olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Tədbirdə  Qaradağ  Rayon  İcra  Hakimiyyəti başçısının müavini Nadir Muradov, Milli  Məclisin deputatları Aydın Hüseynov və Səbinə  Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, YAP  Qaradağ  rayon  təşkilatının  sədri  Qafar  Əliyev, Şura üzvləri və ictimaiyyət nümayəndələri iştirak  etdilər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər Qaradağ  Rayon  İcra  Hakimiyyəti başçısının müavini Nadir Muradov, Milli  Məclisin deputatı Səbinə Xasayeva və YAP  Qaradağ  rayon təşkilatının sədri Qafar Əliyev qeyd  etdilər ki, Heydər  Əliyevin  Azərbaycan  mədəniyyətinin  və  incəsənətinin  kamil  bilicisidir. Heydər  Əliyevin  xidmətləri  nəticəsində  Azərbaycan   mədəniyyəti,  sözün  həqiqi mənasında, yüksəlişə doğru keçdi. Ulu Öndər həmişə  bəstəkarlara,  ifaçılara,  musiqiçilərə  qayğı  və  hörmətlə  yanaşmış, onlar  ilə  tez-tez  görüşlər təşkil  etmiş  və  əməklərini  daim  yüksək  qiymətləndirmişdir.

Sonda məktəbin müəllim  və şagirdlərin  ifasında  konsert  proqramı  təqdim  olundu.

Keçidlər