Fəxri xiyabanda anım mərasimi keçirilib
Bu gün 25.10.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, mayor Paşayev Elsevər Vaqif oğlunun şəhadətə ucaldığı gündən üç il ötür.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınıları, qazilər, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları tərəfindən Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş, sonra isə Şəhidin məzarı önünə gül dəstələri qoyulmuşdur.
Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.