Şriftin ölçüsü :

Saytın rəngi :

Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey kollektivi bu gün məktəbdə "Zəfər günü"nə həsr edilmiş bayram tədbiri keçirmişdir.

04 noyabr 2023 | 17:23

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən Vətən müharibəsində qələbənin əbədiləşdirilməsi məqsədilə dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu qələbə hər il noyabrın 8-i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir.

 Tarixə qızıl hərflərlə yazılan “08 Noyabr Zəfər günü” ərəfəsində Qaradağ rayonunda da hazırlıq işləri gedir, rayonda bayram əhval ruhiyyəsi hiss olunur. Rayonun 166 nömrəli məktəb-lisey kollektivi bu gün məktəbdə "Zəfər günü"nə həsr edilmiş bayram tədbiri keçirmişdir.

"Məktəblinin dostu" tərəfindən "Zəfər günü"nə həsr olunmuş 139 nömrəli tam orta məktəblə 166 nömrəli məktəb-lisey şagirdləri arasında şahmat turniri təşkil edilib. Şagirdlərimiz Həsənov Tuncay 1-ci, Mahmudzadə Murad 2-ci, Nurməmmədli Sənan 3-cü, Səlimli Vüsal isə 4-cü yeri qazanıb. 

Qeyd edək ki, bayram tədbirləri davam etdirilir

Keçidlər