Şriftin ölçüsü :

Saytın rəngi :

“Əziz Şuşa, Sən azadsan!” adlı ədəbi-bədii tədbir keçirildi

03 iyun 2022 | 10:56
   02.06.2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin, 321 saylı tam orta məktəbin təşkilatçılığı və Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin dəstəyi ilə “Əziz Şuşa, Sən azadsan!” adlı ədəbi-bədii tədbir keçirildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ Gənclər evinin direktoru Natiq İmanov, şəhid ailələri, qazilər və Qobustan qəsəbəsinin sakinləri iştirak edirdi.
   Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ali Baş Komandan cənab İlham Əliyevin "Xarı bülbül" festivalında etdiyi tarixi çıxışından fraqment nümayiş edildi.
   Tədbirdə çıxış edən Munis Bayramov Şuşa şəhərinin tarixindən, bu dilbər guşənin Azərbaycana məxsusluğundan, Ali Baş Komandanın rəhbərliyi, ordumuzun qəhrəmanlığı sayəsində 30 illik işğaldan azad olmasından, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasından ətraflı danışdı. Şuşanın azad olunmasına həsr etdiyi “Şuşa bizimdi, bizimdi!” sərlövhəli şeirini səsləndirdi. Sonda şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin və iştirakçılarının önündə baş endirdi.
   Ədəbi-bədii tədbirdə 321 saylı tam orta məktəbin "Şuşa ili"nə həsr olunmuş müəllimlərin və şagirdlərin əl işlərindən ibarət sərgisi nümayiş etdirildi. Milli rəqslər, məktəblilər tərəfindən Xurşudbanu            Natəvanın, Pənahəli xanın obrazında şeirlər söylənildi, Qarabağa və Şuşaya aid nəğmələr səsləndirildi.
   Tədbir şagirdlərin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşdı.
Keçidlər