Şriftin ölçüsü :

Saytın rəngi :

Etik davranış və intizam məsuliyyəti mövzusunda növbəti təlim keçirilib

23 may 2025 | 19:39

   Qaradağ Rayon İcra Hakimiyyətində dövlət qulluqçuları üçün etik davranış və intizam məsuliyyəti mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunub.

   Təlimdə etik davranış prinsiplərinin xidməti fəaliyyətdə tətbiqi, maraqlar toqquşmasının qarşısının alınması və etik davranış qaydalarına riayət edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib. Eyni zamanda etik davranış qaydalarının pozulmasının intizam məsuliyyəti doğuran nəticələri iştirakçıların diqqətinə çatdırılıb.

 

Keçidlər