Əsrin soyqırımı - Xocalı
Bəşəriyyətə qarşı törədilmiş ən qanlı, ən faciəli qırğınlardan biri olan Xocalı faciəsindən 31 il ötür. Lakin 31 il ötməsinə baxmayaraq həmin müdhiş gün, həmin dəhşətli gecə bizim yaddaşımızda qalmaqdadır və əbədi olaraq da qalacaqdır.
Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir.
Qaradağ rayonunun yeniyetmə gəncləri həmin hüquqi əsaslara istinad edərək Xocalıda törədilmiş qanlı aksiya barədə həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq, ermənilər tərəfindən türksoylu xalqlara qarşı yürüdülən soyqırımı siyasətinə beynəlxalq təşkilatların hüquqi status verilməsinə nali olmağı özünün əsəs vəzifəsi hesab edir.
Bu məqsədlə Heydər Əliyev Mərkəzində rayon məktəbliləri tərəfindən Хоcаlı fаciəsinin 31-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media nümayəndələrinin E-MAİL-lərinə Xocalı soyqırımı haqqında reallıqların göndərilməsi aksiyası start götürmüşdür. Aksiya hal-hazırda davam etməkdədir.