"Erkən nikaha yox" adlı tədbir keçirilmişdir
21 dekabr tarixində Qaradağ Gənclər Evində erkən nikahlarla mübarizə tədbirləri çərçivəsində Azəraycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə "Erkən Nikahlara YOX" adlı maarifləndirici tədbir keçirilib.
Görüşdə Qaradağ "Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Natiq İmanov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə və "Müşfiq" Əlil Uşaqlara Yardım İctimai birliyinin sədri Validə Abbasova iştirak etmişdir.
Tədbir zamanı gənclərə uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olması nəzərlərinə çatdırılıb. Bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. İnsanların övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaratdığı gənclərin diqqətinə çatdılırıb.