Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah – Məişət zorakılığı” mövzusunda marifləndirici tədbir keçirilmişdir.

22 may 2026 | 17:03

   22 may 2026-cı il tarixdə Qaradağ Rayon Prokurorluğunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının 26 dekabr 2025-ci il tarixli, 05 nömrəli qərarı ilə “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol xəritəsi”nin icrası ilə əlaqədar “Erkən nikah – Məişət zorakılığı” mövzusunda marifləndirici tədbir keçirilmişdir.
   Tədbirdə Qaradağ Rayon Prokurorunun köməkçisi Qorxmaz Babaşzadə, Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ Gənclər İdman Sektorunun müdiri Elçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektoru Polis leytenantı Elnur Əhmədov və Qaradağ Rayon ümumtəhsil müəssilərində təhsil alan nümunəvi şagirdlər iştirak edirdi.
   Çıxışçılarda erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olması, psixologiyasına mənfi təsir göstərməsi, Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaratması mövzusunda danışıldı. Erkən nikahın fəsadlarının şagirdlər arasında mütamadi olaraq təbliğ edilməsinin vacibliyi qeyd edildi.
   Tədbir diskussiya şəklində davam etdi. Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər