Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Sanqaçal qəsəbəsində növbəti əmək yarmarkası keçirilib.
28 fevral 2025 | 15:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Sanqaçal qəsəbəsində növbəti Əmək Yarmarkası keçirilib,Yarmarkaya Kingsmart marketlər şəbəkəsi tərəfindən 50-vakansiya çıxarılmışdır.
Yarmarkada işəgötürən tərəfindən vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərlə ilkin müsahibələr aparılıb və CV-ləri qəbul edilib.
Həmçinin tədbirdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.