Şriftin ölçüsü :

Saytın rəngi :

Ələt qəsəbəsində Şəhidin xatirəsi anıldı

19 oktyabr 2022 | 10:22
   Bu gün -19.10.2022-ci ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Abdullayev Balazadə Rafət oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
   Şəhidin anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının digər əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib və onun və digər Şəhidlərin məzarları ziyarət olunmuş, qəbirüstü abidələri önünə gül dəstələri qoyulmuşdur. Daha sonra şəhidin ailəsi ziyarət olunmuş və təşkil olunan ehsan məclisinə qatılmışlar. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və dərin minnətdarlığını ifadə etmişlər.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Balazadə Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin!
Keçidlər