“Dövlət Suverenliyi Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.
18 sentyabr 2026-cı il tarixində 288 saylı tam orta məktəbdə “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, Qaradağ Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhtçisi Rövşən Pənahlı, məktəbin direktoru Aygün Hüseynova, müəllim və şagirdlər iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Dövlət Suverenliyi Gününün tarixi və əhəmiyyəti barədə məlumat verildi, Azərbaycanın dövlətçilik tarixindən və milli həmrəyliyin əhəmiyyətindən bəhs edildi.
Ədəbi-bədii kompozisiya çərçivəsində məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, bədii qiraətlər, musiqi nömrələri və səhnəciklər təqdim olundu.
Sonda ədəbi-bədii kompozisiyanın təqdimatında iştirak edən şagirdlər təşəkkürnamələr və hədiyyələrlə mükafatlandırıldılar.






