Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirilmişdir

09 dekabr 2022 | 15:59

   23 dekabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının hazırlıq səviyyəsi, məsuliyyətlilik, intizam və etik-davranış qaydalarına riayət olunması səviyyəsinə uyğun qiymətləndirmə, qiymətləndirmənin nəticələrinə uyğun olaraq kadrların hazırlıq səviyyəsinin artırılması və ya fəaliyyətlərinin stimullaşdırılması məqsədi ilə tədbir keçirilmişdir. 
   Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 noyabr 739 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə dair 8.9.3 bəndinə əsasən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması məqsədi ilə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi dövlət orqanlarına tapşırılmışdır.  Bu tapşırığa əsasən dövlət qulluqçuları qarşısında duran əsas məqsəd daim peşəkarlıq səviyyəsinin artırılması, yenilikləri öyrənmək, müasit texnikadan və yeni proqramlardan istifadə qaydalarını daimi mənimsəməkdir.
    Tədbir iştirakçilarının nəzərinə “Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında" 10 fevral 2014-cü il tarixli 021-Q nömrəli Qərarına, və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında" 6 aprel 2021-ci il tarixli 89 nömrəli Qərarına uyğun olaraq hər bir ilin yekununda kadrların qiymətləndirilməsinin aparıması üçün cari və perspektiv tapşırıqlar müəyyən olunmuş və ilin yekununda kadrların hazırlıq səviyyəsi, məsuliyyətlilik, intizam və etik-davranış qaydalarına riayət olunması səviyyəsinə uyğun qiymətləndirmə, qiymətləndirmənin nəticələrinə uyğun olaraq kadrların hazırlıq səviyyəsinin artırılması və ya fəaliyyətlərinin stimullaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məsələlərə ciddi yanaşılması tapşırılmışdır.
   Tədbirdə bütün əməkdaşlara sladlar paylanılmış və işdə rəhbərlik üçün istifadə olunması tövsiyə olunmuşdur

Keçidlər