Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının etik davranışı mövzusunda təlim keçirilmişdir.

26 oktyabr 2023 | 17:03

26 oktyabr 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatında dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə dövlət qulluqçularının etik davranışı mövzusunda təlim keçirilmişdir.
Təlimdə Qaradağ Rayon İcra Hakimiyyətində və rayonun qəsəbə İnzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçıları iştirak edirdi.
Məruzə ilə çıxış edən Hüquq şöbəsinin müdiri Kamran Abdullayev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 30 dekabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 8.10.1-ci bəndinə əsasən «Dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlər keçirilməsi»ndə əsas icraçı orqan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA), digər icraçılar Dövlət İmtahan Mərkəzi və müvafiq dövlət orqanlarıdır.
Təlimdə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”sı geniş müzakirə olunmuş, bildirilmişdir ki, hər bir dövlət qulluqçusu üçün mədəni davranış, loyallıq və qərəzsizlik daim diqqət mərkəzində olmalıdır.

Keçidlər