Dövlət qulluqçularının etik davranış qaydalarına əməl etməsinin əhəmiyyəti müzakirə olunub
29 avqust 2025 | 19:40
Qaradağ Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının etik davranış qaydalarına əməl etməsinin əhəmiyyəti mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbir zamanı etik davranış qaydalarının praktik hallarda tətbiqi, dövlət qulluqçularının xidməti davranışına qoyulan tələblər və etik prinsiplərə riayət edilməsinin dövlət idarəçiliyində rolu barədə izah işləri aparılıb. Görüş interaktiv formada təşkil olunaraq iştirakçıların sualları cavablandırılıb.
Təlimdə 65 nəfər dövlət qulluqçusu iştirak edib. Tədbirin nəticələri üzrə etik davranış sahəsində davamlı nəzarətin vacibliyi vurğulanıb.






