Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçuları üçün etik davranış mövzusunda ilk maarifləndirici təlim keçirilib

12 fevral 2025 | 19:37

   Qaradağ Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda maarifləndirici təlim keçirilib. Təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın icrası çərçivəsində təşkil olunub.
   Tədbirdə xüsusilə rəhbər vəzifəli şəxslərin və dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşların etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının artırılması məqsədi daşıyıb. Təlim zamanı normativ aktların tələbləri izah edilib, etik davranış prinsiplərinin gündəlik xidməti fəaliyyətdə tətbiqinin əhəmiyyəti diqqətə çatdırılıb.
  

Keçidlər