Dövlət qulluqçuları üçün etik davranış mövzusunda il üzrə yekun tədbir keçirilib
28 noyabr 2025 | 19:42
Qaradağ Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda 2025-ci il üzrə yekun maarifləndirici tədbir təşkil olunub.
Tədbir zamanı etik davranış sahəsində mövcud qanunvericilik tələbləri ümumiləşdirilib, il ərzində keçirilmiş təlimlərin nəticələri müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb. Dövlət qulluqçularının etik davranış prinsiplərinə əməl etməsinin dövlət qulluğunda şəffaflığın və etimadın artırılmasında mühüm rol oynadığı qeyd edilib.






