“Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilmişdir.
20 may 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilmişdir.
Təlimdə Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölmələri üzrə 20 əməkdaşı iştirak etmişdir. DİM təlimçisi Röyal Şərifov tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin müəyyən edilməsi, təhsil ixtisas qrupları, vəzifə funksiyalarının formalaşdırılması, vakansiyaların idarə olunması sistemi, müsahibə proqramları və dövlət qulluğu sahəsində tətbiq edilən yeni yanaşmalar barədə ətraflı məlumat verilmişdir.
Təlim zamanı iştirakçılara dövlət qulluğu vəzifələrinin təsnifatı, vəzifə təlimatlarının hazırlanması prinsipləri, struktur bölmələr üzrə funksional bölgü, həmçinin “Vəzifələrin İdarə Edilməsi Sistemi”nin tətbiqi mexanizmləri izah olunmuşdur.
İnteraktiv formatda keçirilən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, dövlət idarəçiliyində peşəkarlığın, operativliyin və vahid idarəetmə prinsiplərinin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Qaradağ Rayon İcra Hakimiyyətində əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində bu cür maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.






