Şriftin ölçüsü :

Saytın rəngi :

“Dirçəlişdən Qurtuluşa” mövzusunda tədbiri keçirildi

17 noyabr 2023 | 15:26

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini yad etdilər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla anıldı.

   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov qeyd etdi ki, 17 noyabr 1988-ci il Azərbaycan xalqının tarixində, mütəqillik hissinin oyanmasında, istiqlaliyyət mübarizəsində misli görünməmiş bir hadisə idi. Həmin dövrdə ermənilər Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək barədə məsələ qaldırmış, ixtişaşlar törətmişlər. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə olundu. Bu vaxt Bakıda hərc-mərclik, xaos, özbaşınalıq hökm sürürdü. Mövcud AXC-Müsavat cütlüyü dövləti idarə edə bilmir, xalqı uçuruma aparırdı. Nəhayət, 15 iyun 1993-cü ildə Ulu Öndər Bakıya dəvət olundu və Milli Məclisə sədr seçildi. Bu təqvim tarixə Milli Qurtuluş günü kimi daxil oldu. Oktyabr ayında isə Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu.

YAP-ın sədri Prezident İlham Əliyev xalqın etimadını doğruldaraq ölkəni yüksək səviyyədə inkişaf etdirdi, güclü, qüdrətli dövlətin qurulmasına nail oldu.

2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımız düşməndən azad edildi, 2023-cü ilin 19 sentyabrında isə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu, üçrəngli bayrağımız Xankəndində ucaldıldı, hərbi parad keçirildi.

Çıxışının sonunda işğaldan azad olunmuş torpalarımızda böyük quruculuq və bərpa işlərinin davam etdiyini bildirdi. 

Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı həmin tarixin iştirakçısı kimi 17 noyabr Azərbaycan tarixinin ən parlaq günlərindən biri olduğunu və xalqımızın haqlı olaraq onu Milli Dirçəliş günü adlandırdığını bildirdi. Qeyd etdi ki, Milli Dirçəliş sözünün anlamı çox böyükdür. 32 il sonra II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalqdır, həmin milli ruh və iradədir. Ötən 30 ildə hərbi məğlubiyyət millətimizin psixologiyasına zərbə vursa da, gənclərimizin içində bir ümidsizlik yaratsa da, hakimiyyət-müxalifət qarşıdurması dərinləşsə də, bu savaş hər şeyi yerinə qaytardı.

Tədbirdə çıxış edən Millət vəkili Aydın Hüseynov və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Dirçəliş günü və YAP ilə əlaqədar təəsüratlarını bölüşdülər.

Keçidlər