Şriftin ölçüsü :

Saytın rəngi :

“Din və Gender dialoqunda” adlı dəyirmi masa keçirilmişdir

17 yanvar 2023 | 18:08

   17 yanvar 2023-cü il tarixində Lökbatan qəsəbəsində yerləşən Mədəniyyət Sarayının inzibati binasında Multikulturalizm siyasətinə uyğun olaraq “Din və Gender dialoqunda” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

   Tədbir iştirakçıları Azərbaycanda multikulturalizm sahəsində görülən işlərdən bəhs ediblər. Bildiriblər ki, Azərbaycanda multikultural dəyərlərin çox qədim tarixi vardır. Ölkəmiz tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycandakı multikulturalizm və tolerantlıq modeli dünyaya nümunədir.

   Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncamın bu məqsədə nail olmaq yolunda mühüm addım olduğunu diqqətə çatdırıldı.

Keçidlər