Şriftin ölçüsü :

Saytın rəngi :

Çeyildağ qəsəbəsində əhalinin tibbi müayinə aksiyası təşkil olundu

06 oktyabr 2022 | 11:10

   06 oktyabr 2022-ci il tarixində Qaradağ rayonunun ucqar qəsəbəsi olan Çeyildağda səyyar tibbi müayinə aksiyası təşkil olundu.

   Qəsəbənin girişində Vətən müharibəsi şəhidi, XTQ-nın giziri Qədirov Şahin Bayram oğlunun adını daşıyan küçədə tikilmiş barelyef və bulaq ziyarət olundu. Şəhidimizin xatirəsi ehtiramla yad edildi.

   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tibbi müayinəyə gəlmiş Çeyildağ qəsəbə sakinləri qarşısında çıxışında tibbi müayinələrin bir sıra xəstəliklərin vaxtında aşkarlanmasına, patologiyaların qarşısının alınmasına kömək etdiyini, rayonumuzda hər cür avadanlıqlarla təchiz olunmuş xəstəxanaların fəaliyyət göstərdiyini, lakin Çeyildağ qəsəbəsində tibb məntəqəsinə həkim mütəxəssislərə ehtiyac duyulduğundan o bu aksiyanın böyük əhəmiyyəti olduğunu vurğuladı.

   Aksiya müddətində rayonun səhiyyə müəssisələrində çalışan təcrübəli həkim-mütəxəssislər tərəfindən 100-ə yaxın qəsəbə sakini tibbi müayinələrdən keçirildi, səhhətində problem olan bəzi sakinlərə məsləhətlər verilmiş və müvafiq müalicə təyin olundu.

   Sakinlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirdilər.

Keçidlər