Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 30.08.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin Mirzəliyev Kamal Əjdər oğlunun doğum günü qeyd edildi.

30 avqust 2023 | 17:01

Bu gün 30.08.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin Mirzəliyev Kamal Əjdər oğlunun doğum günü qeyd edildi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, Yeni Azərbaycan Partiyasının Bakı şəhəri Qaradağ Rayonu Təşkilatının sədri Qafar Əliyev, Bakı Gəmiqayırma Zavodu MMC-nin İdarə Heyəti sədrinin müavini İmanverdi Həsənov və şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, və ictimaiyyətin nümayəndələri iştirakı ilə Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül qoyulub. Daha sonra şəhidin ailəsi ziyarət olunub.
Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər