Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 22.06.2023-cü Şəhid Abdullayev Balazadə Rafət oğlunun doğum günüdür

22 iyun 2023 | 16:33
   Bu gün 22.06.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin,      Abdullayev  Balazadə  Rafət oğlunun doğum günüdür. Abdullayev  Balazadə  Rafət oğlu 22.06.1991-ci il tarixində Qaradağ rayonu,Ələt qəsəbəsində anadan olmuşdur. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində könüllü iştirak etmişdir və 19.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə bir neçə medallar ilə təltif olunmuşdur.
   Şəhid Abdullayev  Balazadə  Rafət oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını, xatirəsini ehtiramla yad edildi, məzarı üstünə gül dəstələri qoyuldu.
   Daha sonra şəhidin evi ziyarət olunmuş. Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
   Şəhid ailəsi və valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirmiş  və  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.
Keçidlər