Şriftin ölçüsü :

Saytın rəngi :

BP şirkəti və BCC group şirkətinin nümayəndələrinin iştirakı ilə qəsəbə sakinləri ilə görüş keçirildi

19 oktyabr 2023 | 10:12

   19.10.2023 cü il tarixində Qaradağ rayonunun Sanqaçal qəsəbə mədəniyyət evində, BP şirkəti və BCC group şirkətinin nümayəndələrinin iştirakı ilə qəsəbə sakinləri ilə görüş keçirildi.
   Görüşdə BP şirkətinin Ictimaiyyətlə əlaqələr üzrə müşaviri Rəhimli Qivami, Ekologiya Departamentinin mütəxəssi Nicat Həsənov və BP-nin Sanqaçal terminalı üzrə təhlükəsizlik meneceri Elşad Babaşov BP şirkətinin ölkəmizdəki fəaliyyəti, şirkətin yerlərdə gördüyü işlər zamanı ölkənin tarixi, mədəni irsinə ziyan vurmaması, ətraf mühitin və ekologiyanın qorunması haqqında məlumat verildi.
   Bundan əlavə Sanqaçal terminalında yeni ağıllı hasarın tikintisi ilə bağlı BCC group şirkəti tərəfindən 4 nəfər Sanqaçal sakini iş ilə bağlı siyahıya alındı.

 
Keçidlər