Şriftin ölçüsü :

Saytın rəngi :

“Bir bitki ilə bitirmə həyatını!” adlı maariflədirici tədbir keçirildi

08 iyun 2023 | 12:39

   08 iyun 2023-cü il tarixdə Lökbatan qəsəbəsindəki 106 nömərli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cu il tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın   4.4.16-cı maddəsinin (Azərbaycan Respublikasının ərazisində narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən geobotaniki xəritələrin hazırlanması üçün müvafiq tədqiqat işlərinin və təyinat monitorinqinin təşkili, həmin bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlar vasitəsilə onların zərərli xassələrinin təbliği” icrası ilə əlaqədar ) maarifləndirici tədbir keçirildi. 
   Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının əməkdaşı Səmayə Şıxəliyeva, 106 nömrəli tam orta məktəbin biologiya müəllimi, psixoloqları və şagirdləri iştirak edirdi.
   Narkotik bitkilərin morfoloji görkəmini və vegitativ mərhələlərini əks etdirən şəkil və fotolardan istifadə edilərək hazırlanmış 15 slayddan ibarət prezentasiya təqdim edilmişdir.
   Tədbir diskussiya şəklində davam etmişdir.

Keçidlər