Şriftin ölçüsü :

Saytın rəngi :

Bilgəh Kardioloji Sanatoriyasında müalicə alan vətən müharibəsi şəhidlərinin ailə üzvləri ziyarət olundu

19 iyul 2023 | 12:42

19.07.2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyəti aparatı Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov Bilgəh Kardioloji Sanatoriyasında müalicə alan vətən müharibəsi şəhidləri Teyyublu Çərkəz Vidadi oğlunun və Xəlilov Ələddin Əlizaman oğlunun ailə üzvlərini ziyarət edib.
Ziyarət zamanı onlarla həmsöhbət olunu,onları narahat edən məsələlər müzakirə olundu.
Şəhidlərimizin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər