Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq Müəllimlər Günü” münasibətilə dəyirmi masa kecirildi.

05 oktyabr 2022 | 09:05

   05 oktyabr 2022-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində “Beynəlxalq Müəllimlər Günü” münasibətilə dəyirmi masa kecirildi.

Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Milli Məclisin deputatı Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, məktəb direktorları və müəllimlər iştirak edirdi.

   Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova  Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara əmək fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

   Bundan əlavə Qaradağ rayonunun əldə etdiyi nəticəni xüsusi vurğulayaraq bildirdi ki, ötən illərlə müqayisədə ali məktəblərə daxil olan məzunlarımızın nəticələri yüksəkdir. 2021-2022-ci tədris ilində Qaradağ rayonu üzrə 34 məzun 600 baldan yuxarı nəticə əldə edərək müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşlar. Məlumat üçün bildiririk ki, 2020-2021-cı tədris ilində bu rəqəm cəmi 21 nəfər təşkil etmişdir. Fərəhləndirici haldır ki, bu rəqəm ilbəil artır. 650 baldan yüksək 7 şagirdimiz müvəffəqiyyət qazanmışdır ki, onlardan ikisi prezident təqaüdçüsüdür.

   Bu il Lökbatan qəsəbəsindəki Neftçi Qurban adına 288  nömrəli tam orta məktəbin 11H sinfinin bütün məzunları qəbul imtahanında yüksək nəticə göstərərək tələbə adını qazanmışlar. 

   Milli Məclisin deputatı Səbinə Xasayeva Azərbaycan gənclərinin vətənpərvər ruhda böyümələrində müəllimlərin əməyinin danılmaz olduğunu qeyd etdi. Onların sayəsində işgalda olan torpaqlarımız qaytarıldı.  

   Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev çıxış edərək Azərbaycanda müəllim əməyinə, şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirdi və müstəqil Azərbaycanın gələcəyinin məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu qeyd etmişdir.

   Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artmasını dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.  

   Daha sonra çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

   Tədbirin sonunda Beynəlxalq Müəllimlər Günü münasibəti ilə əməkdə fərqlənmiş müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyə ilə təltif edildi.

  

Keçidlər