Şriftin ölçüsü :

Saytın rəngi :

Belarusiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Qaradağ rayonunda səfərdə olub

10 yanvar 2024 | 09:08

   Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Qaradağ rayonunda səfərdə olub. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov keçirilən görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

   Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov səfirə Qaradağ rayonunun tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, son illərdə rayonda həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Qaradağ rayonu Bakı şəhərinin ən böyük rayonu olmaqla yanaşı (51,2 % Bakının ərazisi) həmdə böyük sənaye mərkəzidir.

   Qeyd olunub ki, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var, investorlar üçün cəlbedici güzəştlər mövcuddur.

   Süleyman Mikayılov Qaradağın bir sıra dünya şəhərləri ilə dostluq, əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb. 

   Səfir Andrey Ravkov Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib. Görüş zamanı diplomat Azərbaycanın, eləcə də Bakı şəhərinin, o cümlədən Qaradağ rayonunun sürətlə inkişaf etdiyini bildirib, gələcəkdə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. İkitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Keçidlər