Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 9 saylı Xüsusi İntrernat Məktəbində tədbir keçirilmişdir.
03.02.2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.12-ci bəndinin icrası ilə əlaqədar baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 9 saylı Xüsusi İntrernat Məktəbində tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, “Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Peşə Təhsil Mərkəzi”nin müəllim və ustaları iştirak etmişdir. Uşaqlara peşə təhsili haqqında ətraflı məlumat verilmiş və maarifləndirici broşürlər paylanmışdır.