Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qaradağ rayonunun bütün ərazisində iməcilik keçirilmişdir. 

02 sentyabr 2023 | 11:54

   02 sentyabr 2023-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qaradağ rayonunun bütün ərazisində, o cümlədən qəsəbələrində iməcilik keçirilmişdir. 
   Qaradağ rayon İcra Hakimiyyətinin iməcilik təşəbbüsünə rayon ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar qoşulmuşdur.
İməclikdə iştirak edən sənaye, təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə yanaşı, özəl sahədə çalışan sahibkarlar da iştirak edirdi. 
   Səhər tezdən rayonun küçələrində, səki kənarları, səkilər və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulmuş, zədələnmiş ağaclar budanmış, yeni yaşıllıqlar əkilmiş, digər təmizlik və dezinfeksiya işləri görülmüşdür. 
   Qeyd edək ki, Rayon İcra Hakimiyyəti rayonda fəaliyyət göstərən sahibkarlara obyektlərində təmizlik işləri aparmaqla obyektlərin pəncərələrinin yuyulması və digər dezinfeksiya işlərinin aparılması tövsiyə olunmuşdur. Bundan başqa ərazidə zibilliklər yığışdırılmış, yaşıllıqlara müvafiq qulluq göstərilmişdir.

 

Keçidlər