Şriftin ölçüsü :

Saytın rəngi :

aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları və ləvazimatları təqdim olundu.

14 sentyabr 2023 | 13:19

14 sentyabr 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində  şəhid ailələrinin və qazilərin uşaqlarına, valideyn himayəsindən mərhum olmuş və qohumları tərəfindən qəyyumluq və himayəçiliyə götürülmüş uşaqlara, İraq və Suriyadan Azərbaycan Respublikasına repatriasiya edilən, aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları və ləvazimatları təqdim olundu.

  Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının  müavini Təranə İsmayılova,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov, aparatın məsul işçiləri, qazilər, məktəblilər iştirak edirdilər.

 Qaradağ Rayon İcra Hakimiyyəti başçısının  müavini Təranə İsmayılova çıxışında uşaqlarımızın dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd etdi. Ulu Öndər Heydər Əliyevin Respublikamızın ən çətin günlərində də “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm” sözlərini diqqətə çatdırdı.

Ulu Öndərin ölməz ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyev hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə dəstək verdiyini vurğuladı.

Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi respublikamızda elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələrin, sosial proqramların həyata keçirilməsi misilsiz xidmətləridir.

Tədbirin sonunda yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərə yeni məktəbli formaları və ləvazimatları təqdim olundu.

Valideynlər onlara hər zaman göstərilən yüksək diqqət və qayğı üçün minnətdarlıqlarını bildirdilər.

Keçidlər