Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda ictimai-siyasi sabitlik və sosial-iqtisadi inkişaf” mövzusunda dəyirmi masa keçirildi

27 avqust 2024 | 14:13

27 avqust 2024-cü il tarixində Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Azərbaycanda ictimai-siyasi sabitlik və sosial-iqtisadi inkişaf” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, YAP Qaradağ RT-nın sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti baçşısı yanında Şuranın üzvləri, icra aparatının şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəl qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər düzərək əziz xatirəsini yad etdilər.

Dəyirmi masanı giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov mövzu ətrafında çıxış edərək bildirdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda bu gün əsas söz sahibidir. Nailiyyətlərin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Belə ki, onun uzaqgörən siyasi xətti respublikamızı ağır sınaqlardan çıxarmış, milli dövlətimizi məhv olmaq təhlükəsindən xilas etmişdir, yaranmış sabit mühit və tərəqqiyə gedən yol layiqli varis İlham Əliyev tərəfindən yüksək işgüzarlıqla daha da genişlənir və inkişaf etdirilir. Məhz onun sayəsində ölkədə güclü siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir,  qeyri-neft sektoru genişləndirilir, yol-nəqliyyat, gəmiçilik inkişaf edir, əhalinin həyat səviyyəsi yaxşılaşdırılır, tikinti-quruculuq işləri davam etdirilir, silsilə tədbirlər keçirilir, ordu quruculuğu ölkəmizin müdafiə qudrətini artırır. İlham Əliyev Ali Baş Komandan kimi otuz illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Beynəlxalq aləmin Prezidentimizə olan etibarının nəticəsi olaraq Azərbaycan bir çox mötəbər tədbirlərə ev sahibliyi edir, o cümlədən cari ilin noyabr ayında keçiriləcək COP-29 tədbirinin Azərbaycanda keçirilməsi müəyyən olunmuşdur.

Mövzu ətrafında çıxış edən akademik Vaqif Abbasov Ulu Öndər Heydər Əliyevin yaratdığı ictimai-siyasi sabitliyi, Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasını, elm və digər sahələrə olan diqqət və qayğısını, Azərbaycanın inkişafının təməli haqqında və Prezident İlham Əliyevin sayəsində ölkəmizin social-iqtisadi yüksəlişi və əldə olunan nailiyyətləri  barədə ətraflı şərh etdi.

YAP Qaradağ RT-nın sədri Qafar Əliyev öz çıxışında Ulu Öndərin yaratdığı təməllər üzərində Prezident İlham Əliyevin qurduğu daxili və xarici siyasət, davamlı iqtisadiyyat barədə fikirlərini ümumiləşdirdi.  

Keçidlər