Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan vətəndaşı olan uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər görülməsi davam edir

30 may 2023 | 15:18

   Azərbaycan Respublikası vətəndaşı olan uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər görülməsi davam edir.

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın Qaradağ rayon ərazisində icrası daim diqqət mərkəzində saxlanılır.

   Belə ki, Stategiyanın icrasını təmin etmək məqsədilə, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.18-ci bəndinə əsasən “Xarici ölkələrdə münaqişə qurbanı olmuş və Azərbaycan Respublikasına qayıtmış, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı readmissiya sazişləri çərçivəsində geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər görülməsi, o cümlədən onlara hüquqi, sosial, psixoloji, pedaqoji yardım göstərilməsi tapşırığının tam  icrası təmin olunur.

         Bu məqsəd ilə Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İraq Respublikasından və Suriya Ərəb Respublikasından Azərbaycan Respublikasına repatriasiya və deportasiya edilən, valideyn himayəsindən mərhum olmuş və qohumları tərəfindən qəyyumluq və himayəçiliyə götürülmüş uşaqlar müəyyən edilir və onların gələcək taleyi diqqət mərkəzində saxlanılır. Qaradağ rayonu, Qobustan qəsəbəsi, 321 nömrəli tam orta məktəbdə təhsil alan belə uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində bir sıra tədbirlər görülmüşdür.

   30 may 2023-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sı tərəfindən 321 nömrəli tam orta məktəbdə növbəti monitorinq keçirilmişdir.

Məktəbin psixoloqu Könül Ağayeva tərəfindən bu azyaşlılarla aparılan psixoloji söhbətlər, testlər izlənilmişdir. K.Ağayeva “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya” üzvlərinə bildirmişdir ki, azyaşlı uşaqlar arasında olan uşaqların əsas problemləri həyatlarında baş verən dava-dalaş üzündən keçirdikləri stress, qorxu ilə bağlı olur. Repatriasiya və deportasiya edilən azyaşlıların yaşadığı hadisələrdən yaranan fəsadların aradan qaldırılmasına kömək etmək hər-bir psixoloqun mənəvi borcudur. Bunun üçün psixoloqun ümumi illik iş planına əsasən bu uşaqlarla daim iş aparılır, və bununla əlaqədar həyata keçirilən tədbirlər “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın nəzarətindədir.

Qeyd edək ki, İraq və Suriya Respublikalarından Azərbaycan Respublikasına Qaradağ rayon sakini olan repatriasiya və deportasiya edilmiş 35 azyaşlı 13 qohum ailəsinə qəyyumluğa verilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sı tərəfindən bu azyaşlılar nəzarətə götürülmüş, onların sağlamlığı, sosial müdafiəsi, təhsili, tərbiyə və təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər görülür və onlarla müvafiq əlaqələr qurulur.

Keçidlər