Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 31 illiyi münasibəti ilə Qaradağ rayon İcra Hakimiyyətində tədbir keçirildi
Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 31 illiyi münasibəti ilə və Xüsusi Dövlət Mühafizə sahəsi əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mİkayılov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Ağentliyinin Qaradağ regional idarəsinin əməkdaşları və hərbi qulluqçularının bir qrupu iştirak edirdi.
Tədbiri giriş nitqi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranma tarixi haqqında qısa məlumat verdi. Hər zaman dövlətçiliyimizin qorunmasında, dövlətə, xalqa, Prezidentə sadiq, layiqli və qüsursuz xidmət edəcəklərini bildirdi.
Qeyd etdi ki, son zamanlarda Xüsusi Dövlət Mühafizə Sahəsində Xidmətinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Ölkəmizdə irimiqyaslı regional enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyev tərəfindən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təşkil və təmin edilməsi məhz Strateji Obyektlərin Mühafizəsi Dövlət Ağentliyinə tapşırılmış və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu rayon İcra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif olundular