Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının əməkdaşları ilə birlikdə “Məşğulluğa kömək göstərən Əlaqələndirmə komitəsinin” iclası keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2022-ci il tarixli, 284 nömrəli sərəncamı ilə yaradılmış “Məşğulluğa kömək göstərən Əlaqələndirmə komitəsi”nin 02.02.2023-cü il tarixində iclası keçirilmişdir. İclasda Əlaqələndirmə komitəsinin sədri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Bakı Regional Məşğulluq filialının əməkdaşları və komitənin digər üzvləri iştirak etmişlər.
“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.3-cü “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması” bəndindəki tapşırığın icrasının müzakirəsı ilə bağlı Əlaqələndirmə komitəsinin sədri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək bildirmişdir ki, Prezident cənab İlham Əliyevin islahatlar proqramına uyğun olaraq dövlət sosial xidmətləri sisteminin innovativ yanaşmalar üzərində qurulması, xidmətlərdə sosial ədalət və şəffaflıq prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. Eyni zaman qeyd etmişdir ki, rayonda əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması məqsədi ilə sahibkarlığın inkişafı və investisiya cəlbediciliyinin artırılması istiqamətində, Ailə Biznesinə Asan Dəstək və Özünəməşğulluq layihələri çərçivəsində maarifləndirmə tədbirlərin görülməsi və metodik köməkliklərin göstərilməsini qeyd etmişdir.