Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə əlaqədar olaraq “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması mövzusunda dəyirmi masa keçirilmişdir.

19 yanvar 2023 | 17:39

   19 yanvar 2023-cü il tarixində YAP Qaradağ rayon təşkilatının  inzibati binasında Azərbaycan  Respublikasında  insan hüquq  və azadlıqlarının  müdafiəsinin səmərəliliyini  artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə əlaqədar olaraq “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması mövzusunda dəyirmi masa keçirilmişdir. 
   Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Kamran Abdullayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyeva, Lökbatan bələdiyyəsinin sədr müavini Aytən Alısoy və ictimaiyyət nümayəndələri iştirak etmişdir.Tədbirdə qeyd edilmişdir ki, ötən dövr ərzində Azərbaycan  Respublikasında  insan hüquq  və azadlıqlarının  müdafiəsinin səmərəliliyini  artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə əlaqədar olaraq “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəhbərliyi tərəfindən daimi nəzarətdə saxlanılmışdır. 
   Bildirilmişdir ki, əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması məqsədilə bu sahə üzrə seminarlar keçirilmiş, vətəndaşlarla izahat işləri, söhbətlər aparılmışdır. Eyni zamanda bu istiqamətdə Rayon İcra Hakimiyyəti başçısnın aparatında həftənin çərşənbə günləri rayon İcra Hakimiyyəti başçısı, digər iş günlərində isə başçının müavinləri, aparatın bütün şöbələri  tərəfindən  vətəndaşların  qəbulu  keçirilir. 
   Qəbul  zamanı müraciətlərdə qeyd edilən mövcud problemlər aparatın aidiyyəti şöbələrində baxılaraq qanuna uyğun  həll edilməsi barədə müvafiq strukturlara tapşırıqlar verilir. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının qəbul cədvəlinə uyğun olaraq  rayonun  qəsəbələrində səyyar qəbullar, görüşlər keçirilərkən vətəndaşlara Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi  məsləhətlər verilir, ayrı-ayrı məsələlərin həll edilməsi üçün lazımi  köməkliklər göstərilir.                              
   Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Keçidlər