Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Ağentliyinin Qaradağ regional idarəsinin rəhbərliyi və əməkdaşlarının bir qrupu iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin yaranma tarixi haqqında qısa məlumat verdi. Qeyd etdi ki, son zamanlarda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Ölkəmizdə irimiqyaslı regional enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyev tərəfindən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təşkil və təmin edilməsi məhz Strateji Obyektlərin Mühafizəsi Dövlət Ağentliyinə tapşırılmış və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən Strateji Obyektlərin Mühafizəsi Dövlət Ağentliyinin Qaradağ regional idarəsinin bir neçə əməkdaşı rayon icra hakimiyyəti başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif olundular.