Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.

13 mart 2026 | 12:45

13 mart 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsinin rəisi, Qaradağ rayon hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsinin əmədaşları və rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxış edərək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara məsul və şərəfli fəaliyyətlərində uğurlar arzuladı. O, ölkəmizdə strateji əhəmiyyətli obyektlərin mühafizəsinin təmin olunmasında agentliyin əməkdaşlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı və onların xidmətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, son zamanlarda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Ölkəmizdə irimiqyaslı regional enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təşkil və təmin edilməsi məhz Strateji Obyektlərin Mühafizəsi Dövlət Ağentliyinə tapşırılmış və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilmişdir.

Daha sonra Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsinin rəisi çıxış edərək əməkdaşları peşə bayramı münasibətilə təbrik etdi, onların fəaliyyətində əldə olunan nailiyyətlərdən danışdı və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşdü.

Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsinin bir neçə əməkdaşı  Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərman və qiymətli hədiyyələri ilə təltif olundular.

Keçidlər