" Azərbaycan qadını naminə " adlı dəyirmi masa keçirildi
07.03.2023-cü il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində " Heydər Əliyev ili " çərçivəsində Heydər Əliyevin Azərbaycan qanunverciliyində qadın hüquqlarının təsbit olunmasında rolu- " Azərbaycan qadını naminə " adlı dəyirmi masa keçirildi.
Dəyirmi masada Qaradağ rayon YAP təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon İcra hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyeva, Qaradağ rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxaliyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, hüquqşünas, vəkillər kollegiyasının üzvü Aysel Süleymanova, Qaradağ rayon Qeydiyyat şöbəsinin müdiri Nurlana Rəşidova və rayonun gənc xanımları iştirak edirdi.
İlk öncə Ulu Öndərimizin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra mövzu ilə bağlı video çarx nümayiş olundu.
Tədbir iştirakçıları qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadın nümayəndəliklərinin genişlənməsinə çox böyük diqqət yetirir. Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif sahələrdə fərqlənmiş bir çox qadınlar yüksək mükafat və fəxri adlara layiq görülüblər.
Heydər Əliyevin Azərbaycan qanunvericiliyində qadın hüquqlarının təsbit olunmasında rolu "Azərbaycan qadını naminə " adlı dəyirmi masa keçirildi.