Şriftin ölçüsü :

Saytın rəngi :

   Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən,04.06.2024-cü il tarixində dəfn olunan şəhidi Məhəmmədov Abış Əsgər oğlunun 40 mərasimi keçirilmişdir.

14 iyul 2024 | 18:05

   Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən,04.06.2024-cü il tarixində dəfn olunan şəhidi Məhəmmədov Abış Əsgər oğlunun Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə 14.07.2024-cü il tarixində 40 mərasimi keçirilmişdir.
   Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov,İcra Hakimiyyəti Aparatının rəhbər işçiləri, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Şəhidin ilk öncə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Şəhidlər xiyabanında məzarı ziyarət olunmuş daha sonra mərasimdə iştirak edilmişdir.
   Qeyd edək ki, Məhəmmədov Abış Əsgər oğlu 1974-ci il martın 3-də anadan olub. Abış Məhəmmədov 30 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.
   2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Məhəmmədov Abış Əsgər oğlu məxsus olduğu təsdiqlənib. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər