“Az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya” nın tədbiri keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya” nın tədbiri keçirilmişdir.
Tədbirdə komissiyanın sədri, Qaradağ Rayon prokurorunun müavini Pərviz Nərimanov və komissiyanın üzvləri: Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon idarəsinin rəis müavini Mikayıl Bayramov, Qaradağ Rayon Polis İdarəsinin rəis müavini Məmməd Məmmədov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Kamran Abdullayev, Qaradağ Rayon Məhkəməsinin dəftərxana müdiri Vüqar Zeynəlov, “Qaradağ Tibb Mərkəzi” publik hüquqi şəxsin həkim-nevropatoloqu Anar Məlikov, Qaradağ Rayon İcra şöbəsinin icra məmuru Qafil Qasımov, komissiyanın katibi Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov iştirak edirdilər.
Tədbirdə aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən məhkəmə hökmlərinə əsasən təqsirləndirilmiş şəxslərdən götürülmüş maddi sübut olan narkotik vasitələr: marixuana, heroin, həşiş qətranı, tiryək yandırma üsulu ilə məhv edilmiş, məhv edilmiş kütlənin külü kanalizasiyaya axıdılmışdır.
Tədbirin sonunda müvafiq akt tərtib olunmuşdur.