Antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi və cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş növbəti marifləndirici tədbir keçirilmişdir
17 dekabr 2024-cü il tarixdə Qaradağ rayonunda yerləşən tibb müəssisəsində Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi və cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş növbəti marifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Firidun Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Cavid Əliyev və tibb müəssisəsinin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Firidun Hüseynov Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli sərəncamı ilə təsdiq olunmuş Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı və bu plana əsasən qarşıda duran vəzifələri iştirakçıların nəzərinə çatdırdı.
Daha sonra çıxış edənlər ölkəmizdə mövcud qəti siyasi iradəyə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatların müsbət nəticələrindən bəhs ediblər. Tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu söyləyiblər.
Tədbir diskussiya formasında davam edib. Sonda korrupsiyaya qarşı mübarizə ilə bağlı videoçarx nümayiş etdirilib və iştirakçılara rayon icra hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb.