Anım Günü ilə əlaqədar Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edildi.
27 sentyabr 2023-cü il tarixində Anım Günü ilə əlaqədar Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edildi.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
Qarabağın göylərindən Cənnətə yol salanlar, ruhunuz şad olsun. Sizin canınız və qanınız bahasına bu Vətən bütöv oldu. Azərbaycan kimi müqəddəs və əbədisiniz. Şənini vəsf etdiyimiz, ulduzunu, ayını göydə mələklərin öpdüyü, Zəfərimin sancağı olan üç boyalı bayrağımın Qarabağda dikəldiyi hər yer sizin qanınızın axdığı, ruhunuzun Cənnətə ucaldığı müqəddəs məkandır.