Şriftin ölçüsü :

Saytın rəngi :

Anım Günü ilə əlaqədar Qaradağ rayonu, Korgöz qəsəbəsindəki şəhidlərin məzarları ziyarət edildi

27 sentyabr 2023 | 16:15

   27 sentyabr 2023-cü il tarixində Anım Günü ilə əlaqədar Qaradağ rayonu, Korgöz qəsəbəsindəki şəhidlərin məzarları ziyarət edildi.

   Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!

   27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.    

   Tarix yazan qəhrəmanlarımızı böyük ehtiram və hörmətlə anırıq! Bir birindən qəhrəman, bir-birindən yaraşıqlı şəhid qardaşlarımız! Sizləri heç bir söz vəsf edə bilməz. Sizlər ölümün gözünə dik baxaraq Vətən yolunda canınızdan keçdiniz. Deyirlər, ölüm haqdır, ona hər kəs qovuşa bilər, ancaq hər kəs haqq üçün dirilə bilməz. Torpaq uğrunda canlarından keçən şəhidlər isə bir ölər, min dirilər.Ruhunuz qarşınızda baş əyirik!!

  

Keçidlər