Şriftin ölçüsü :

Saytın rəngi :

“Ana dilimiz – kimliyimizin səsi” adlı dəyirmi masa keçirilib

24 fevral 2025 | 13:06

 Azərbaycan Respublikasının Prezidentinin 9 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.2.3-cü bəndinə uyğun olaraq, Qaradağ Rayon İcra Hakimiyyəti elm xadimləri və rayonun təhsil işçilərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirib.
   Qaradağ rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Ana dilimiz – kimliyimizin səsi” adlı dəyirmi masaya rayon icra hakimiyyəti nümayəndələri, ziyalılar, elm adamları və müəssisələrin əməkdaşları qatılıb.
   Tədbir çərçivəsində Beynəlxalq Ana Dili Günü ilə bağlı videoçarx nümayiş olunub.
   Tədbirdə vurğulanıb ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında və soydaşları ilə ünsiyyət qurmasında əsas rol oynayır. 
   Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan bu tədbir, dövlət proqramının məqsədlərinə uyğun olaraq, Azərbaycan ədəbi dilinin düzgün tətbiqinə və maarifləndirmə işlərinin gücləndirilməsinə xidmət edir.

Keçidlər