Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

25 aprel 2025 | 12:25

Sanqaçalda akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

25 aprel 2025-ci il tarixində Sanqaçal qəsəbəsində xalqımızın görkəmli alimi, akademik, tanınmış oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunmuşdur.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də könüllülər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Aksiyanın məqsədi görkəmli alimin əziz xatirəsini yad etməklə yanaşı, eyni zamanda ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılmasına töhfə vermək olmuşdur. Əraziyə müxtəlif növ ağac tingləri əkilmiş, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Qeyd edək ki, akademik Zərifə xanım Əliyeva yalnız Azərbaycanda deyil, bütün postsovet məkanında oftalmologiya elminin inkişafına mühüm töhfələr vermiş nadir şəxsiyyətlərdəndir. Onun elmi fəaliyyəti, humanist insani dəyərlərə sadiqliyi və zəngin irsi bu gün də nümunə kimi göstərilir.

Tədbirin sonunda iştirakçılar əkilən ağaclara qulluq göstərilməsi və yaşıllıqların qorunmasının vacibliyini bir daha diqqətə çatdırıblar.


   

Keçidlər