Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə - cəmiyyətin özəyi” mövzusunda dəyirmi masa keçirilmişdir.

15 may 2026 | 17:43

   15 may 2026-cı il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Ailə - cəmiyyətin özəyi” mövzusunda dəyirmi masa keçirilmişdir.
   Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi  Ruslan İsmayılov, Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Qərbi Azərbaycan İcmasının Qaradağ rayonu üzrə gənclər birliyinin sədri Elnur Mirzəyev, Rayon Polis İdarəsinin əməkdaşı polis leytenantı Rafael Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, rayon ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri və gənclər iştirak etdi.
   Tədbirdən öncə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” video çarx nümayiş etdirildi.
   Daha sonra “Ailənin nüfuzu və gücü nədədir?”, “Uşaqların tərbiyəsinə müsbət və mənfi təsir göstərən amillər hansılar ola bilər?, “Zorakılığı doğuran səbəblər hansılardır?, “Erkən nikah”, “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda müzakirələr aparıldı.
   Çıxışlarda valideynlərin və müəllimlərin müasir ailə tərbiyəsindəki rolundan, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanmasından danışıldı. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əhəmiyyəti diqqətə çatdırıldı və bu sahədə hüquqi maarifləndirmənin, nikah müqaviləsinin əhəmiyyəti kimi aktual mövzular barədə də dəyirmi masa iştirakçıları məlumatlandırıldı.
   Dəyirmi masa sual-cavam mərhələsi ilə sona çatdı.

Keçidlər