“Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirildi.
Qaradağ rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı tərəfindən “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin rolu” layihəsi üzrə tədbir keçirildi.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Hümanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, şöbə müdirinin müavini dini məsələlər üzrə işin təşkilatçısı Firidun Hüseynov, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının icraçı direktor Gülnarə Bağırova, Qaradağ rayon Bələdiyyə sədrləri, rayon idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzin “ Muzey” bölməsi ilə tanış oldular, Ulu öndərin büstünü ziyarət edərək əziz xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə Munis Bayramov açaraq bildirdi ki, Qeyri-Hökumət təşkilatlarının və kutləvi informasiya vasitələrinin fəaliyyəti maarifləndirmə xarakteri daşıyır və açıq hökumətin prinsipləri şəffaflıq, iştirakçılıq və əməkdaşlıqdan ibarətdir. Asif Əsgərov mühazirə ilə çıxışı zamanı Hökümət – Dövlət və Hökumətin vətəndaşlara açıq hökumət anlayışının çoxmənalı termin olduğunu və bu terminin cəmiyyət, məlumatların, standartların əksi, açıq interfeys, mənbə proqramlarını və açıq kommunikasiya sistemlərini əhatə etdiyini qeyd etdi.
Sonra Gülnarə Bağırova çıxışında Azərbaycanda açıq hökumətin tarixçəsindən, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulmuş ictimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi və ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi tədbirlərinin həyata keçirilməsindən danışdı.
Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylandı, anket sorğusu keçirildi.