Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda yerləşən N saylı hərbi hissədə hərbi hissənin 22-ci ildönümü münasibətilə tədbir keçirildi

27 yanvar 2018 | 11:00

27 yanvar 2018-ci il tarixində Qaradağ rayonunda yerləşən N saylı hərbi hissədə hərbi hissənin 22-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, zabitlər, əsgərlər iştirak edirdilər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ilk öncə hər kəsi rayon rəhbərliyinin adından salamlayaraq bütün zabit və əsgər heyətini təbrik etdi. O, ölkəmizin hərb tarixindən danışaraq qeyd etdi ki, tarixən xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bu gün də yaşamaqdadır. Ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun yüksək peşəkarlıqla həyata keçirildi. 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir. Bu gün Azərbaycan ordusunun regionun ən qüdrətli ordu olduğu, Ali Baş Komandanın göstərişi ilə hərbçilərimizin torpaqlarımızı hər an erməni işğalçılarından azad etmək iqtidarında olduğu söylənildi.
Tədbir çərçivəsində nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu fəxri fərmanla təltif olundular. Tədbir rayonun mədəniyyət evlərinin musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam etdi.
Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən Hərbi hissəyə qiymətli  hədiyyə təqdim olundu.

Keçidlər