"Qan yaddaşımız – 20 yanvar"
Qaradağ rayonunun bütün ümumtəhsil məktəblərində 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanmış, bütün məktəblərdə 20 yanvar faciəsi ilə əlaqədar anım günü qeyd olunmuşdur.
Faciə ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri çıxarılmış, rəsm sərgiləri təşkil olunmuş və inşa yazı müsabiqəsi keçirilmişdir. Bütün məktəblərdə birinci saat dərslər 20 yanvar faciəsinə həsr edilmiş, açıq dərslər keçirilmiş və ədəbi-bədii kompozisiyalar təşkil olunmuşdur.
Qaradağ rayonun Qızıldaş qəsəbəsindəki Azər Namazov adına 180 saylı tam orta məktəbdə də faciənin 28-ci ildönümü ilə bağlı “20 yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilmişdir. Dövlət himninin oxunmasından sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla 20 yanvar faciəsi zamanı həlak olanların xatirəsini yad etdilər.
Daha sonra qanlı yanvar hadisələrini əks etdirən video çarx nümayiş edildi. Məktəblilərin iştirakı ilə yanvar qurbanlarına həsr olunmuş şerlər, mahnılar səsləndirildi. Eyni zamanda "28 il öncə Bakı" adlı kompozisiya göstərildi. Tədbirdə Təhsilə Dəstək mərkəzindən Samirə Bektashi, Rövshən muəllim, Texniki və quraşdırma işləri üzrə 8 saylı Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Nizami müəllim, Fərid müəllim və şəhid ailələri iştirak edirdi.
Tədbirin sonunda iştirak edən qonaqlar da öz çıxışlarında qanlı yanvar hadisələri ilə bağlı xatirələrini bölüşdülər.