Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Çeyildağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı
16 yanvar 2018-cı il tarixində Çeyildağ qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri və aidiyyatı qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Çeyildağ qəsəbəsi üzrə nümayəndəsi Akif Babayev hesabat verərək qeyd etdi ki, 2017-ci il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Çeyildağ qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbədə bir sıra işlər görülmüşdür.
“Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi respublikanın hərtərəfli və sürətli sosial-iqtisadi inkişaf strategiyasının 2017-ci ildə də öz tempini qoruyub saxlamışdır. Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanın iqtisadi inkişaf modeli bir çox ölkələr üçün nümunə ola bilər.
Ötən il ərzində Çeyildağ qəsəbəsində səyyar həkim briqadaları əhalinin tibbi müayinəsinin keçirilməsini təmin etmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində Çeyildağ qəsəbəsinin imkansız, maddi durumu ağır olan ailələrin məktəbdə təhsil alan 3 nəfər uşaq yeni məktəbli formaları ilə təmin olunmuşdur.
Ötən il keçirilmiş iməciliklərdə qəsəbə ərazisində, o cümlədən məktəbin həyətində 100-dən artıq ağac əkilmişdir.